ВЫШКА № 17 (20284) от 3 мая 2019 года

 



TƏDBИR ИŞTИRAKÇILARI ÇALIŞAN ИŞÇИLƏRИN UŞAQLARI OLMUŞLAR

Uşaqlar qarşısında çıxış edən Heydər Əliyev adına NEZ-in baş mühəndisi Rasim İbrahimov, əməyin mühafizəsi üzrə direktor müavini Zaur Qurbanov, Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Quliyev, «Ustay» subpodratçı firmasının layihə rəhbəri Tayfun Yıldız, SƏTƏMM üzrə rəhbər Paycı Mustafa Polad və təlimatçı Elşad Mikayılov bildirdilər ki, hazırda zavodun bütün sahələrində işçilər üçün normal, təhlükəsiz və zərərsiz iş şəraiti yaradılıb və neft emalçılarının sağlamlığına ziyan yetirə biləcək texniki nasazlıqların tam şəkildə aradan qaldırılması istiqamətində əməli tədbirlər görülür. Buna görə də işıqlı gələcəyimiz olan uşaqlar öz valideynlərindən narahat ola bilməzlər. Onlar hər gün işdən evə sağ-salamat, xəsarət almadan qayıdan valideynlərini qarşılayaraq böyük sevinc hissi keçirirlər.
Uşaqlar təlimatçı Elşad Mikayılovun işlərin icrası zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar təqdimatını dinləyərək, bu məsələlərlə əlaqədar nümayiş etdirilən video filmi maraqla izlədilər. Sonra uşaqlara şirniyyat stolu təşkil edildi və onlara xüsusi hazırlanmış tort kəsilərək verildi.
Təlimatçı Elşad Mikayılov tədbirin gedişində uşaqlar arasında rəsm müsabiqəsinin keçiriləcəyini elan etdikdən sonra «Ustay» firmasının işçilərinin uşaqları ağ kağız üzərində rəsm çəkməyə başladılar. Müsabiqənin yekunu olaraq, qalib müəyyən olunmadan, tədbirin 24 nəfər uşaq iştirakçısının hər birinə sertifikat və hədiyyələr təqdim olundu. Zavodun baş mühəndisi R.İbrahimov, əməyin mühafizəsi üzrə direktor müavini Z. Qurbanov və «Ustay» firmasının əməkdaşları gözəl balaları təbrik edərək, onlara valideynləri ilə birgə sağlam, şən həyat arzuladılar.
Sonda «Ustay» firmasının rəhbərliyi tərəfindən bu maraqlı tədbirin təşkilinə görə SOCAR-ın Hey-dər Əliyev adına Neft Emalı Zavodunun rəhbərliyinə, Həmkarlar İttifaqı Komitəsinə dərin minnətdarlıq ifadə olundu.
Tədbirdən sonra, H.Əliyev adına NEZ-in əməyin mühafizəsi üzrə direktor müavini Zaur Qurbanov bizə bildirdi ki, ötən il ərzində işçilərin əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə 60 nomenklatur tədbir yerinə yetirilmişdir. İşçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmasına daima nəzarət edilmişdir.
Zavodun Daimi Fəaliyyət Göstərən və Yanğın Texniki Komissiyaları zavod Həmkarlar İttifaqı Komitəsi, ƏT və KND-nin mütəxəssisləri ilə birgə zavodun ayrı-ayrı istehsalat və sahələrində beynəlxalq standartların tələbləri əsasında qurulmuş «Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi»nin idarəedilməsi sistemi üzrə aparılan işlər müsabiqə yolu ilə rübdə bir dəfə qiymətləndirilir.
İstehsalat və sahələrdə yanğın texniki komissiyalarının işi və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi daima nəzarətdə saxlanılır. Bundan başqa, «Heydər Əliyev adına NEZ üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydaları haqqında Təlimatlar» yenidən işlənmişdir.
Mühəndis-texniki işçilərinin biliklərinin yoxlanılması üçün suallar yenidən hazırlanmışdır. Mühəndis-texniki işçilərin biliklərinin yoxlanılması mütəmadi olaraq təhlükəsizlik kabinetində test üsulu ilə keçirilir.
İstehsalat və sahələrdə peşələr üzrə iş yerində təlimatlandırma keçirilməsi məqsədilə müvafiq proqramlar hazırlanmışdır. İl ərzində mütəmadi olaraq zavodda müqavilə ilə işləyən kənar təşkilatların işçiləri ilə giriş təlimatı keçirilmişdir.
İşçilərin sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi üzrə OHSAS 18001 beynəlxalq standartının tələblərinə uyğun olaraq zavod üzrə Risklərin qiymətləndirilməsi aparılır. Risk dərəcəsi yüksək olan risklərin vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Heydər Əliyev adına NEZ-in ətraf mühitin mühafizəsi sahəsində ən vacib meyarı onun fəaliyyət göstərdiyi ərazilərdə təbii mühitin vəziyyətinə daim diqqət göstərmək, dayanıqlı inkişafı təmin etmək və onun fəaliyyəti nəticəsində ekoloji amillərin təsirini minimuma endirməkdir. Zavodun Ekologiya şöbəsi ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsini gücləndirmək üçün öz fəaliyyətini qəbul olunmuş normativ və qanunvericilik çərçivəsində qurmuşdur.
Z. Qurbanov deyir ki, ətraf mühitin mühafizəsi məsələlərinə daima diqqət yetirilir və 2018-ci il ərzində nəzərdə tutulmuş ekoloji tədbirlər, onların yerinə yetirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Beləki, ətraf mühitin yaxşılaşdırılması məqsədilə zavod daxili və zavod ətrafı ərazidə yaşıllıqların salınması ağac və kolların əkilməsi, onlara qulluğun təmin edilməsi, neft şlamının, bərk tullantıların, işlənmiş qumbrinin zərərsizləşdirilməsi üçün tədbirlər planı yerinə yetirilmişdir.
Zaur müəllimin sözlərinə görə, zavodun istehsalat və sahələrində ətraf mühitin idarə edilməsi sistemi üzrə ISO 14001 beynəlxalq standartlarının tələblərinin yerinə yetirilməsinə tam riayət edilir. Əsas texnoloji qurğularında xüsusilə xam neftin ilkin emalı üzrə qurğusunda aparılan təmir nəticəsində atmosferə atılan zərərli qazların miqdarı azalmışdır. Koks istehsalı üzrə qurğuda aparılan əsaslı təmir vaxtı atmosferə atılan tüstü qazlarının miqdarının azalmasına, həmçinin kükürd anhidridlərin əmələ gəlməsinin qarşısının alınmasına səbəb olmuşdur. Katalitik krekinq, katalitik riforminq qurğularının təmiri nəticəsində katalizator itkisinin qarşısı alınmış və alınan neft məhsullarının keyfiyyəti yüksəlmişdir.
Sonda direktorun əməyin mühafizəsi üzrə müavini Zaur Qurbanov onu da bildirib ki, qazanılan nailiyyətlərin əsasında bu gün SOCAR sistemində səmərəli fəaliyyət üçün qurulmuş mükəmməl idarəetmə mexanizmi dayanır. «Şirkətin prezidenti Rövnəq Abdullayevin mütəmadi olaraq zavodumuzda olması, yüksək keyfiyyətli neft məhsullarının istehsal edilməsi, insanların sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə əlaqədar verdiyi göstəriş və tövsiyələrin də mühüm əhəmiyyəti vardır», — deyə Z.Qurbanov vurğulayıb.

Natiq QASIMOV.


 
•  на главную -->>